Xarkov şəhərinin antikommunist fəalları böyük səylər göstərərək Sovet dövlətinin yaradıcısı Leninin heykəlini postamentindən salmağa nail olublar. Sentyabrın 28-də şəhərin mərkəzi meydanına polislərin hesablamalarına görə 3 min adam toplaşıb. Onlar “Xarkov Ukraynadır” aksiyasında iştirak ediblər.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bir neçə nəfər könüllülər batalyonunun bayrağı, bir neçə nəfər də Ukrayna bayrağı ilə quraşdırılmış pilləkənlə heykəlin üstünə çıxıblar və xüsusi maşının köməyi ilə onun ayaqlarını mişarlamağa başlayıblar.
Bundan öncə fəallar çəkiclə postamentdə “Yaşasın Ukrayna!” sözlərini yazıb və MSA (Milli Sosial Assambleyanın) emblemasını vurublar. Bu emblema könüllülər batalyonunun bayrağında da qeyd edilib.
Yerli “Qorodskoy dozor” portalı qeyd edib ki, polis işə qarışmayıb. Bundan başqa hüquq-mühafizə orqanları fəalların milis maşınının kənara itələmələrinə də reaksiya verməyib.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin