Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Kaxovka Su Elektrik Stansiyasının bəndinin partladılmasından sonra Xerson vilayətində su basan yaşayış məntəqələrinin sayı 100-ə çatıb.
“Xerson şəhərində suyun səviyyəsi dünənkinə nisbətdə 2 metr artıb. Bildirilir ki, vəziyyətin belə davam edəcəyi təqdirdə şəhər tamamilə su altında qala bilər”, - deyə jurnalist əlavə edib.
O da bildirilib ki, vilayətin subasmaya məruz qalmış bəzi qəsəbə və kəndləri ilə əlaqə kəsilib. Həmin ərazilərdə sakinlər köməksiz vəziyyətdə qalıblar.
Ətraflı videonu təqdim edirik:
Xersonda sakinlər xilas edilməyi gözləyirlər - VİDEO
Rəylər