Çində qadın ərini və bacısını maşında sevişərkən tutub və onları çox sərt cəzalandırıb.
Oxu.Az “Metro”-ya istinadən xəbər verir ki, yaxalanmaqdan qorxan cütlük maşından düşən kimi Tinq Su sükan arxasına oturaraq avtomobili sürüb gedib.
Qadın ticarət mərkəzinə gedən ərini güdüb. Maşını saxlayıb, amma kişi ordan düşməyib. Bu zaman qadın nə baş verdiyini yoxlamaq istəyib.
Avtomobilə gizlin yaxınlaşan qadın, öz bacısının onun əri ilə sekslə məşğul olduğunu görüb. Qəzəblənən qadın maşının şüşəsini döyəcləməyə başlayıb. Sevgililər gözləmədikləri haldan özlərini itirərək, maşından anadangəlmə lüt çıxıblar. Təhqir olunmuş qadın, avtomobilin sükanına atlayaraq, sevgililəri parkinqin ortasında lüt qoyaraq maşını sürüb gedib.
Hadisə yerinin yaxınlığında olanlar baş verənləri mobil telefonla çəkməyə başlayıblar. Şahidlərdən birinin sözlərinə görə, əri ağlayaraq maşının şüşəsini döyüb, amma Tinq Su onu dinləməyib. Bacısının və ərinin evə necə gedib çatdıqları məlum deyil, amma baş verənlərdən iki gün sonra Tinq Su boşanmaq üçün ərizə ilə müraciət edib. Aydın olub ki, əri Tinq Suya o, əkizləri dünyaya gətirdikdən sonra xəyanət etməyə başlayıb.
E.Ə.