Xəzər dənizinin Dağıstan sahillərində təxminən 650-700 ölü suiti tapılıb.
Bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin Şimali Qafqaz Ərazi Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Xəzər dənizinin sahilində, Mahaçqala şəhərinin Kirovski rayonunda, neft bazasından Sulak çayının mənsəbinə qədər olan ərazidə 650-700 suiti cəsədi aşkar edilib. Tapılan cəsədlərin sayı arta bilər. Ölüm səbəbləri hələ müəyyən edilməyib”, - agentliyin “Telegram” kanalında bildirilir.
Bildirilir ki, idarənin müfəttişləri respublikanın hər yerində Xəzər dənizinin sahillərində kəşfiyyat işlərini davam etdirirlər.
Xəzər Elmi-Tədqiqat Balıq Təsərrüfatı İnstitutunun Volqa-Xəzər bölməsinin mütəxəssisləri suitilərin ölüm səbəblərini müəyyən etmək üçün artıq məlumat toplamağa başlayıb.
Rəylər