NATO-ya üzv ölkələrin XİN başçılarının Antalyadakı toplantısı çərçivəsində şam yeməyi zamanı Behzat Gerçəkər və Enbe orkestri səhnədə çıxış edib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, şam yeməyinin sonunda Türkiyənin XİN başçısı Mövlut Çavuşoğlu tədbir iştirakçılarına təşəkkür etmək üçün səhnəyə çıxıb.
Behzat Gerçəkər səhnədə deyib ki, sonda barış mahnısı olan bir mahnı oxuyaq. O, “We are the World” mahnısını oxumağa başlayıb. Müğənni Mövlut Çavuşoğlu və qonaqları səhnəyə dəvət edib.
Səhnəyə çıxan Yunanıstanın xarici işlər naziri Nikos Kocias Çavuşoğlunun qoluna girib və iki nazir mahnını oxumağa başlayıb.
Kociasın ardınca NATO-nun baş katibi Yens Stoltenberq və Avropa İttifaqının ali nümayəndəsi Federika Moqerini və toplantıya gələn xarici şəxslərlə səhnəyə çıxıblar.
Səhnədəkilər bir yerdə “barış mahnısı”nı oxuyublar.