Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Yakutiyada içində sərnişinlər olan helikopter yoxa çıxıb
Rusiyanın Yakutiya vilayətində üç sərnişinin olduğu "Robinson" helikopteri yoxa çıxıb.
Bu barədə Oxu.Az TASS-a istinadən bildirir.
Şərqi Sibir Nəqliyyat Prokurorluğundan verilən məlumata görə, hadisə ilə bağlı araşdırmaya başlanılıb.
"Yakutiya Nəqliyyat Prokurorluğu "Robinson" helikopteri ilə bağlı insidentə dair araşdırmaya başlayıb. İlkin məlumatlara görə, aviasiya kosmik axtarış-xilasetmə mərkəzinə "Robinson R44 II" helikopterinin qəzaya uğraması ilə bağlı məlumat daxil olub. Helikopterdə qəza radiomayakı işə düşüb. Göyərtədə bir pilot və üç sərnişin olub", - deyə prokurorluqdan bildirilib.
Hazırda axtarış-xilasetmə işlərinə hazırlıq gedir. Qəza mayakının işə düşdüyü yerə qədər olan məsafə 440 km-dir.
Helikopterin yoxa çıxması ilə bağlı cinayət işi qaldırılıb.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycan və Rusiya XİN başçıları arasında məktub mübadiləsi olub
- Putinin xüsusi nümayəndəsi ABŞ ilə danışıqların detallarını açıqladı
- Rusiya və ABŞ birbaşa hava əlaqəsinin bərpasını müzakirə edirlər
- Stubb: "Avropa liderlərindən biri Putinlə danışmalıdır"
- Rusiya XİN başçısının müavini Azərbaycan səfiri ilə görüşüb