Ukraynada prezident vəzifəsindən kənarlaşdırılan Viktor Yanukoviçi axtarışa verib.
Oxu.Az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə şəxsi “Facebook” səhifəsində daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov yazıb.
“Dinc əhalinin kütləvi şəkildə öldürülməsi ilə bağlı cinayət işi açılıb. Yanukoviç və digər yüksək vəzifəli şəxslər axtarışa verilib”, - deyə o bildirib.
Avakov Yanukoviçin dövlət mühafizəsindən imtina etdiyini də vurğulayıb.