Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç hər hansı bir rüşvətxorluq fəaliyyətində əli olduğunu inkar edir.
“Bu informasiya texnologiyasıdır və mən nə mənim, nə də mənim oğlanlarımın rüşvətxorluq fəaliyyətinə aidiyyatımız olmadığını deməkdən yorulmayacam. Və təsadüfi deyil ki, yeni Ukrayna hökuməti bunu hələ də sübut edə bilməyib. Axı belə fakt yoxdur”, - Yanukoviç deyib.
Oxu.Az xəbər verir ki, o, bu barədə “Arqumentı i faktı” qəzetinə verdiyi müsahibəsində bildirib.
O bəyan edib ki, xarici hesabı yoxdur.
“Mənim heç bir xarici hesabım yoxdur, olmayıb da. Mənim vəkillərim tərəfindən dünyanın 40-dan çox ölkəsinə aktivlərin olması barədə təsdiq və ya inkar cavabı üçün sorğu göndərilib. Aylar keçib, amma heç bir ölkə mənim hesablarımın olduğunu təsdiqləməyib”, - Yanukoviç bildirib.