Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Rusiya vətəndaşlığını əldə edib.
Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin köməkçisi Anton Qreşenko öz Facebook səhifəsində yazıb.
“Yanukoviç, Pşonok və Azarov ailələri onlara Rusiya vətəndaşlığının verilməsi ilə bağlı Putinlə razılığa gəlib və onlar hələ ki, özlərini rahat hiss edə bilərlər”, - o bildirib.
Qeyd edək ki, baş nazir Nikolay Azarov və Baş prokuror Viktor Pşonke da Rusiya vətəndaşlığını əldə ediblər.