Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Yaponiyada hərbi helikopter radarlardan yoxa çıxdı](https://images.oxu.az/2023/04/06/15/42/15/65fbe463-3885-43cc-b25b-af22431b52e2/FotoJet - 2023-04-06T154208.569:1200.jpg)
Yaponiyada hərbi helikopter radarlardan yoxa çıxdı
Yaponiyada hərbi helikopter radarlardan itib.
Bu barədə Yaponiya Müdafiə Nazirliyi açıqlama verib.
Açıqlamaya görə, Quru Özünümüdafiə Qüvvələrinə aid hərbi helikopter Okinava əyalətinin Miyakojima adasının 18 kilometr cənub-qərbində yerli vaxtla saat 16:30 radələrində radarlardan yoxa çıxıb.
Quru Özünümüdafiə Qüvvələrinin Kumamoto əyalətindəki Takayubaru hərbi bazasına məxsus “UH-60JA” tipli çoxməqsədli helikopterdə 2 pilot, 2 texniki işçi və 6 şəxsi heyət olub.
Helikopterin axtarış-xilasetmə işləri davam edir.
Mənbə: Haber Global
"Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycan hərbçiləri Pakistanda gəmilərin zəbt olunması təlimini icra ediblər
- Azərbaycan və Türkiyə hərbçilərinin Qarsda birgə təlimi başa çatdı
- Qırıcılarımız səmaya qalxdı
- Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi
Ən çox oxunanlar
Rəylər