Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Yaponiyada torpaq sürüşməsi təhlükəsi: 300 mindən çox insan təxliyə edilir
Yaponiyanın Okinava prefekturasının inzibati mərkəzi olan Naha şəhərində güclü yağışlar fonunda torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar 313,7 min sakinin təxliyəsi elan edilib.
"İyunun 14-də Naha şəhər hakimiyyəti səhər saat 10:20-də şəhər üzrə 160 044 evdən olan 313 795 nəfərin evakuasiyası ilə bağlı əmr verib", - məlumatda bildirilir.
Şəhərdə beş mümkün təhlükə səviyyəsindən dördüncüsü elan edilib. Təhlükəli ərazilərdən sığınacaqlara təxliyə etmək tövsiyə olunur.
Mənbə: NHK
"Yaponiyada torpaq sürüşməsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar