Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yazıçı Salman Rüşdinin bir gözü kor olub
Yazıçı Salman Rüşdi iki ay əvvəl hücuma məruz qaldıqdan sonra bir gözünün görmə qabiliyyətini itirib və bir qolundan istifadə edə bilmir.
Yazıçının nümayəndəsi Endryu Uayli Rüşdinin hələ də xəstəxanada olub-olmaması ilə bağlı açıqlama verməkdən imtina edərək, yalnız onun yaşayacağını bildirib.
“Yaraları dərin idi, bir gözü də görmə qabiliyyətini itirib. Boynunda da üç ciddi yara var idi. Sinir ucları kəsildiyi üçün bir qolu işləmir. Döş qəfəsində və gövdəsində daha 15-ə yaxın yara var”, - yazıçının nümayəndəsi qeyd edib.
Xatırladaq ki, avqustun 12-də yazıçı Nyu-York ştatındakı təhsil mərkəzində mühazirə oxumağa hazırlaşarkən S.Rüşdiyə bıçaqla hücum edilib. Polis hücum edənin şəxsiyyətini müəyyənləşdirib. O, Nyu Cersidə yaşayan 24 yaşlı Hadi Matar olub. Onun İslamın şiə təriqətinə və İran Silahlı Qüvvələrinin elit hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun fəaliyyətinə rəğbət bəslədiyi də bildirilib. Bu, H.Matarın sosial şəbəkələrdəki hesablarının yoxlanılması zamanı müəyyən edilib.
Mənbə: news.ru
"İran" teqi üzrə xəbərlər
- BMT məruzəçisi İrana çağırış etdi: "Hesabat üçün məlumat göndərin"
- İran parlamentinin sədri: "Məhəmməd Cavad Zərifin vitse-prezident təyin edilməsi qanunsuzdur"
- İran necə yumşaldı?
- İranlı keçmiş nazir Tehranın İsrailə qarşı kəşfiyyat uğursuzluqlarını etiraf edib
- İranda hər beş şagirddən biri intihar haqqında düşünür
Rəylər