Türkiyədə mərkəzi Kahramanmaraş olan dəhşətli zəlzələ zamanı Hataydan olan ailə qəribə formada sağ qurtarıb.
Ali Tekkalanın sözlərinə görə, faciədən 10 dəqiqə əvvəl yeddigünlük körpələri ağlamağa başlayıb. Onlar bu səbəbdən oyanıblar və mətbəx qapısının kandarında zəlzələyə yaxalanıblar.
26 yaşlı Ali Tekkalan deyib ki, 50 nəfərin yaşadığı 8 mərtəbəli binada bütün divarlar uçsa da, xoşbəxtlikdən ölən olmayıb. Onlar yanğın nərdivanı vasitəsilə binadan çıxa biliblər.