Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yemək qoxusuna görə qadını vəhşicəsinə bıçaqladı: Rusiyada dəhşətli cinayət
Rusiyalı kişi yemək qoxusuna görə qadını vəhşicəsinə qətlə yetirib.
Baş verənlər kamera tərəfindən qeydə alınıb.
Dəhşətli hadisə Komidə Asiya mətbəxi çatdırılma xidmətinin müəssisəsində baş verib.
Kadrlardan görünür ki, müəssisəyə soxulan kişi dərhal bağırmağa və söyüş söyməyə başlayıb. O iddia edib ki, suşi hazırlanan mətbəxdən gələn yeməyin qoxusu onun yuxarı mərtəbədəki mənzilinə gəlir və onu əsəbiləşdirir. Bu vaxt yaxınlıqda məhsulları doğrayan bir qadın onun iddialarına cavab verib. Kişi də bıçağı çıxararaq qadına hücum çəkib, onu kürəyindən və qarnından dəfələrlə bıçaqlayıb.
Yaxınlıqdakı işçilər dəhşət içində onu yaralı qadından uzaqlaşdırıblar, polis və təcili yardım çağırıblar.
Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb. Şübhəli həbs edilib.
Mənbə: RBK
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Qətldə təqsirləndirilən şəxsin məhkəməsi: Məhkum yoldaşının kömək qarşılığında təhqirinə dözmədi
- Həbsdən çıxan şəxs müğənnini qətlə yetirdi - TƏFƏRRÜAT
- Abşeronda 52 yaşlı kişi qətlə yetirildi
- Hərbi xidmətdən ezamiyyətə gələn gizir tanışını döyüb öldürdü
- Adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata AĞIR CƏZA