Yəmən parlamenti prezident Abd Rabbo Mənsur Hadinin istefasını qəbul etməkdən imtina edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Frans Pres” mənbəsinə istinadən məlumat verib.
“Parlament prezidentin istefasını qəbul etməkdən imtina edib və sabah səhərə növbədənkənar iclas təyin edib”, deyə mənbə bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Yəmən prezidenti Abd Rabbo Mənsur Hadi istefa verib. Bundan bir neçə saat əvvəl isə hökumət istefa verməyi qərara alıb.
23:14
Yəmən prezidenti Əbdurabbu Mənsur Hadi istefa verib.
Oxu.Az Musavat.com-a xəbər verir ki, məlumatı “Frans Press” dövlət başçısının müşavirinə istinadən yayıb.
Bir neçə saat əvvəl isə Yəmən hökiməti istefa vermişdi.
Bundan başqa, üsyançılar Yəmən prezidenti ilə Konstitusiyanın dəyişdirilməsi barədə razılığa gəliblər. Düzəlişlərə əsasən, şiələr bütün dövlət qurumlarında vəzifə tuta bilərlər.