Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yeni modeldən seçilməyən 38 ilin avtomobili tapıldı
ABŞ-də yaxşı qorunub saxlanılmış 1997-ci il istehsalı "Dodge Viper" kupesi tapılıb. Demək olar ki, dörd onillik ərzində məşhur idman avtomobil cəmi 7 400 km yol qət edib.
Oxu.Az xəbər verir ki, "zaman kapsulu" haqqında "Bring a Trailer" məlumat yayıb.
Bu Kaliforniya mənşəli "Dodge Viper GTS"in 38 il ərzində cəmi iki sahibi olub və onlar maşını çox az işlədiblər. Xüsusilə, hazırkı sahibi onunla cəmi 800 km yol qət edib.
Avtomobil əla vəziyyətdədir və heç bir əlavə xərclər tələb etmir. Gövdənin boya örtüyü və dəri salon yaxşı qorunub.
Hazırda kupe hərraca çıxarılıb.
"Dodge Viper GTS" idman avtomobilində nəhəng 8.0 litrlik V10 mühərrik quraşdırılıb ki, bu da 450 at gücü hasil edir. Avtomobil 6 pilləli mexaniki sürət qutusu ilə 100 km/saat sürətə yalnız 4.5 saniyəyə çatır, maksimal sürət isə 298 km/s təşkil edir.
"Avto-moto" teqi üzrə xəbərlər
- "Renault" islahatçısını itirdi: Luka De Meo istefa verdi
- Slovakiyada inanılmaz qiymətə VAZ-2105 satılır
- "Ferrari" ardıcıl üçüncü dəfə 24 saatlıq Le-Man yarışının qalibi oldu
- Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət
- Akkumulyatorun ömrünü qısaldan YAY SƏHVLƏRİ