Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur
Yerdə çox güclü maqnit qasırğası müşahidə olunur.
Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun (TGİ) kosmik hava durumu monitorinqi bildirib.
“Maqnit qasırğası davam edir”, – TGİ diqqətə çatdırıb.
Yerin maqnit sahəsindəki yayınma indi G4 səviyyəsinə çatıb (bu, beş indikatorlu monitorinq şkalasında “çox güclü” deməkdir, G5 “son dərəcə güclü”, G1 isə “zəif”dir).
Bu səviyyədəki maqnit qasırğası Yer kürəsində rabitəyə ciddi müdaxilələrlə yanaşı, radiorabitələrdə ciddi pozuntular, habelə peyk və radiotezlik naviqasiyasında bir neçə saatlıq fasilələrə yol aça bilər.
Mənbə: TASS
Ən çox oxunanlar
Rəylər