Bu gün Ermənistanın paytaxtında “Yerevan Moll” ticarət mərkəzində vəziyyət nəzarətdən çıxıb.
Yerli vaxtla saat 15:00-da ticarət mərkəzində yerləşən “Ay Elektroniks” mağazasında 100 televizor, 100 telefon və 100 ütü cəmi 1000 drama (təxminən 3 dollar) aksiyası nəzərdə tutulubmuş.
Artıq 08:00-dan ticarət mərkəzinin qarşısında çoxlu sayda vətəndaş toplaşıb.
Armtimes xəbər verir ki, polislər həddən artıq böyük olan insan kütləsinin qarşısını ala bilməyəndə, ara qarışıb. İnsanlar polis kordonunu aşaraq, mağazaya hücum çəkiblər.
Həmin tədbir zamanı çəkilmiş video və fotoşəkilləri təqdim edirik: