Məşhur musiqiçi Con Lennonun dul həyat yoldaşı, rəssam Yoko Ono Nyu-Yorkda insult ehtimalı ilə xəstəxanaya yerləşdirilib.
Oxu.Az Rosbalt-a istinadən xəbər verir ki, rəssam xəstəxanaya aparılan zaman huşsuz vəziyyətdə olub.
Lakin az sonra Ononun nümayəndəsi onun insult keçirməsiylə bağlı yayılan xəbərlər təkzib edib. O qeyd edib ki, rəssamın xəstəxanaya yerləşdirilməsinin səbəbi qripə oxşar xəstəliyə tutulmasıdır.
Hazırda Ononun vəziyyəti yaxşılaşır və artıq bu gün evə buraxılacaq.