Dünən Ermənistanda Yerevan Ağsaqqallar Şurası növbədənkənar seçkilər keçirib.
Oxu.Az Ermənistan mətbuatına istinadla xəbər verir ki, Mərkəzi Seçkilər Komissiyası gecə saatlarında seçkilərin nəticələrini elan edib: seçkilərdə Ermənistan baş naziri Nikol Paşinyanı dəstəkləyən “Mənim addımın” bloku qələbə qazanıb.
Seçicilərin 81,06%-i bu bloka səs verib.
Bununla da blokun rəhbəri, yumor ustası Ayk Marutyan Yerevan meri seçilib.
Yerli mərbuat seçkilərdə fəallığın 43,65 faiz olduğunu açıqlayıblar. Eyni zamanda, seçki prosesində 129 pozuntu halı aşkar edilib.
Oxu.Az yeniləndi!