Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ötən gün Krit adasında velosiped sürərkən yüngül qəza keçirib.
Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Belə ki, baş nazir velosipeddən yıxılması nəticəsində bədənindən sıyrıq, əlindən isə yüngül xəsarət alıb. Mitsotakis müayinə və tibbi yardım üçün Krit adasındakı xəstəxanaya aparılıb.
Siyasətçi göstərilən tibbi yardımdan sonra xəstəxanadan buraxılıb.
Qaynar xətt:
(055) 224 12 12