Adriatik dənizində İtaliyaya məxsus gəmi yanır. Gəmidə 466 sərnişin var.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, yanğın bazar günü səhər saatlarında gəminin qaraj sektorunda baş verib. Bərə bədbəxtlik baş verdiyi barədə siqnalı dispetçerə ötürüb.
İtaliya bayrağı altında üzən gəmi Yunanıstanda İtaliyanın Ankon limanına tərəf hərəkət edir. Gəmidə 411 sərnişin və 56 ekipaj üzvləri var.
Yunanıstan Sahil mühafizəsinin mətbuat-xidməti xilasedici gəmilərin 150-yə yaxın insanı yanan gəmidən evakuasiya etdiyini bildirib. Xilas edilənlər digər gəmiyə - “Spirit of Piraeus” gəmisinə mindiriliblər.
Köməyə daha iki gəmi, hellikopter və təyyarə cəlb edilib.
Deyilənlərə görə, köməyə gələn gəmilər bütün sərnişinləri daşımaq iqtidarında deyil. Lakin rəsmi mənbələr bunu təsdiqləmirlər.