Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Zaxarova: "Suriyanın dağılması bütün dünya ictimaiyyəti üçün ciddi nəticələrə səbəb olacaq"
"Suriya dövlətinin süqutu təkcə Yaxın Şərq regionu üçün deyil, həm də bütün dünya ictimaiyyəti üçün ciddi nəticələrə səbəb olacaq, belə bir ssenariyə yol vermək olmaz".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Biz Suriyanın dağılmasının qonşu ölkələr və bütövlükdə Yaxın Şərq regionu üçün ciddi problem olacağından və onun hüdudlarından kənara çıxan uzunmüddətli nəticələrinə əsasən fikir yürüdürük. Buna yol vermək olmaz", - o bildirib.
Zaxarova, həmçinin Yaxın Şərq regionunun Qərb ölkələrinin maraq və ambisiyaların cəmləşdiyi məkana çevrildiyinə, bunun mənfi nəticələrini nə iləsə müqayisə etməyin belə çətin olduğuna diqqət çəkib.
"Suriyada vəziyyət" teqi üzrə xəbərlər
- Suriyada keçid dövrünün nə qədər davam edəcəyi açıqlandı
- "Haber Global"da Suriyada yaşanan son gərginlik təhlil edilib
- Suriyada silahlı qarşıdurmaları kimlər yaradır? - Günahkarlar açıqlandı
- Suriya təhlükəsizlik xidmətləri Hama vilayətində bölmələr yerləşdirir
- Suriyada silahlı toqquşma: 50-dən çox ölən var