Ukrayna Prezidenti Volodimir Zelenski əhaliyə videomüraciət edib.
O bildirib ki, terrorçularla mübarizə aparırıq, Rusiya İran istehsalı olan “Şahid” raketləri ilə Ukraynanı vurur.
“Onların iki hədəfi var: birincisi, bütün ölkə üzrə-Kiyev vilayəti, Xmelnitski, Lvov və Dnepr, Vinnitsa, Frankivsk bölgələri, Zaparojye, Sumu bölgəsi, Xarkov vilayəti, Jitomir rayonunda enerji obyektlərini vurmaqdır. Onlar çaxnaşma və xaos yaratmaq istəyirlər. Onlar bizim enerji sistemlərimizi məhv etmək istəyirlər. Onlar ümidsizdirlər.
İkinci hədəf isə insanlardır. Mümkün qədər çox zərər vurmaq üçün belə bir vaxt və bu cür hədəflər bilərəkdən seçilib.
Bu gün sığınacaqlarda qalın. Təhlükəsizlik qaydalarına əməl edin.
Həmişə xatırlayın: Ukrayna bu düşmənin gəlişindən əvvəl mövcud idi, ondan sonra da mövcud olacaq”.
Ukrayna mətbuatı səhər saatlarında Kiyev, Lvov və Dnepr şəhərlərində hücumların həyata keçirildiyini açıqlayıb.
Ukrayna Daxili İşlər Nazirliyinin açıqlamasında bildirib ki, Kiyevə atılan raketlərdən biri təhlükəsizlik xidmətlərinin yerləşdiyi küçəyə düşüb. Prezident Zelenskinin ofisi də bu bölgədə yerləşir.