Ukrayna prezidenti Vladimir Zelenski Yalta Avropa Strategiyasının (YES) mətbuat üçün qapalı keçirilən tədbirində vaxtı ilə rəhbəri olduğu “Kvartal-95” ilə birlikdə səhnəyə çıxıb.
Bu barədə LB.ua məlumat verir.
Bildirilir ki, YES tədbirində Vladimir Zelenski, ölkənin rəhbər şəxsləri və ali qonaqların qarşısında Yevgeni Koşevoy, Yelena Kravets (Yuliya Timoşenko obrazında), Mika Fatalov, eləcə də Zelenskinin özünü parodiya edən Yuri Veliki çıxış ediblər.
Yuri Veliki Ukrayna prezidentini səhnəyə “tərcüməçi” roluna dəvət edib. Lakin Zelenski özünü oynayıb. Nəticədə Veliki ilə arasında gülməli improvizasiya yaranıb.
Zelenski “Kvartal - 95”in səhnəsinə çıxdı - VİDEO
Rəylər