Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Zelenski NATO-ya üzvlüklə bağlı: Ukrayna alyansa daxil olarsa, hərbçilərinin sayını azaldacaq?
"Ukrayna Silahlı Qüvvələrində xidmət keçən hərbçilərinin sayının azaldılmasına razı olmayacaq. Hətta NATO-ya dəvət alsa belə".
Oxu.Az-ın RBK-ya istinadən xəbərinə görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə jurnalistlərlə görüşü zamanı deyib.
Sülh danışıqları çərçivəsində mümkün təhlükəsizlik təminatlarını müzakirə edən Zelenski bildirib ki, Ukrayna üçün ən yaxşı təminat NATO-ya daxil olmaqdır. Buna görə də Kiyev dəvət almaq yönündə işlərini davam etdirir.
O əlavə edib ki, bütün mümkün təminat növlərini, xüsusən də sanksiyalar və maliyyə təminatını nəzərdən keçirir.
"Ancaq bütün bunlar Putinin bir daha gəlməyəcəyini söyləmək üçün kifayət deyil", - deyə Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, məhz bu səbəbdən Ukrayna, hətta NATO-ya üzvlük yolunda belə hərbçilərin sayını azaltmağa razı olmayacaq.
"Ən yaxşısı güclü ordudur, böyük ordudur. Avropada ən böyük ordu. Ordumuzun gücünü məhdudlaşdırmağa bizim sadəcə olaraq haqqımız yoxdur, istənilən halda, hətta NATO yolunda belə. Biz NATO-da olmadığımız müddətcə, risk alırıq", - deyə Volodimir Zelenski qeyd edib.
"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO)" teqi üzrə xəbərlər
- ABŞ Avropadakı NATO təlimlərində iştirakını dayandırır
- Türkiyə Avropanı özünün güc mərkəzini yaratmağa çağırdı
- Amerikalı admiral: "Avropa NATO-nun dağılmasına hazırlaşır, öz ordularını yaratmaq istəyirlər"
- İlon Mask ABŞ-nin BMT və NATO-dan çıxması fikrini dəstəkləyib
- NATO-nun baş katibi Zelenskiyə səsləndi: "Trampla münasibətləri bərpa et"