Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Zelenski: “Rusiya aclığı öz silahı kimi görür”
“Rusiya aclığı öz silahı hesab etdiyi üçün Ukraynada kənd təsərrüfatı müəssisələrini və aqrar texnikaları məhv edib, dəniz limanlarını bağlayır”.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiya parlamentinə müraciətində deyib.
“Onlar ardıcıl olaraq yanacaq anbarlarını, qida paylama mərkəzlərini məhv edir, hətta adi kənd təsərrüfatı texnikasını məhv edirlər. Qalan hər şeyi daim minalayırlar. Bundan əlavə, Rusiya artıq ixrac üçün kənd təsərrüfatı məhsulları yüklənmiş gəmilərlə birlikdə bütün dəniz limanlarımızı bağlayıb. Onlar bunu nəyə görə edirlər? Onlar aclığı sadə insanlara qarşı öz silahları kimi görürlər”, - deyə V.Zelenski qeyd edib.
Mənbə: Pravda
"Ukrayna" teqi üzrə xəbərlər
- ABŞ və Ukrayna Ər-Riyadda danışıqların ikinci raundunu yekunlaşdırıblar
- Ukraynanın Ər-Riyadda ABŞ ilə nəyi müzakirə etdiyi BƏLLİ OLDU
- ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar yekunlaşıb
- ABŞ Rusiya ilə danışıqlarda real irəliləyiş gözləyir
- Pandemiya və müharibə Azərbaycanın Ukraynaya investisiyalarına necə təsir edib?