Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada baş verən hərbi qiyama münasibət bildirib.
O qeyd edib ki, şərin yolunu seçən hər kəs sonda özünü məhv edər.
“İnsanları alçaldır və yüzminlərlə insanı özünün silahlandırdığı şəxslərin üzərinə göndərir ki, Moskvada təhlükəsizliyi qorusun. Rusiya çoxdan idi ki, öz zəifliyini və hakimiyyətinin axmaqlığını təbliğatla ört-basdır edirdi.
İndi isə artıq o qədər xaos var ki, heç bir yalan onu gizlədə bilməz. Rusiyanın zəifliyi göz qabağındadır. Rusiya öz qoşunlarını və muzdlularını torpaqlarımızda nə qədər uzun müddət saxlasa, sonradan bir o qədər çox xaos, ağrı və problemə düçar olacaq”, - Volodimir Zelenski özünün “Twitter” hesabında yazıb.
Everyone who chooses the path of evil destroys himself. Who sends columns of troops to destroy the lives of another country and cannot stop them from fleeing and betraying when life resists. Who terrorizes with missiles, and when they are shot down, humiliates himself to receive…
— Володимир Зеленський (@ZelenskyyUa) June 24, 2023