Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Zelenski Rusiyaya “sürprizlər” vəd etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin yeni əks-hücum əməliyyatına hazırlaşdığını deyib.
O, bu barədə “Fox News”a müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, əks-hücum əməliyyatının məqsədi Ukrayna hərbçilərinin Qara dənizdəki uğurlarını inkişaf etdirmək olacaq.
Beləliklə də o, Ukrayna Silahlı Qüvvələrinin təkcə müdafiə strategiyası yürütdüyü ilə bağlı xəbərləri təkzib etmiş olub.
Qara dənizdəki vəziyyətdən danışarkən, Volodimir Zelenski rusiyalılara “sürprizlər” vəd edib, lakin konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb.
“Biz yeni əks-hücum, yeni əməliyyat hazırlayacağıq”, - deyə o əlavə edib.
"Ukrayna" teqi üzrə xəbərlər
- Kiyev merinin müavini həbs olundu
- Ukrayna XİN: "Azərbaycandan qaz tranzitinin mümkünlüyü üzərində iş gedir"
- Azərbaycandan Ukraynaya göndərilən humanitar yardım və yenidənqurmaya dəstək 40 milyon dolları keçib
- Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
- Fransa ilk "Mirage 2000" qırıcılarını Ukraynaya təhvil verdi
Rəylər