“Hətta Ukrayna üçün əlverişli sazişin imzalanmasından sonra belə Rusiya ordusu yenidən ölkəmizə hücum edə bilər. Buna görə də hazır olmalıyıq”.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski yerli jurnalistlərlə görüşü zamanı deyib.
“Biz anlayırıq ki, hətta ən güclü müqaviləni imzalasaq belə, iki il sonra Rusiya qayıda bilər. Sadəcə bunu anlayırıq, əgər biz sizinlə bunu qəbul ediriksə, o zaman müvafiq şəkildə də fəaliyyət göstəririk. Nümayəndə heyətimiz Rusiya tərəfinə çatdırıb ki, Ukrayna Rusiyanın zəmanətlərinə inanmır və öz-özünü müdafiə etmək gücündə olacaq dövlət qurmağa davam edəcək”, - deyə V.Zelenski bildirib.