Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Zelenskidən Ukraynada hərbi vəziyyət və səfərbərliklə bağlı qərar
Ukraynada hərbi vəziyyətin və səfərbərliyin fevralın 8-dən daha 90 gün uzadılmasına dair qanun layihələri Ali Radaya təqdim edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Parlamentinin saytındakı kartoteka məlumatları sübut edir.
Qanun layihələrinin təşəbbüskarı isə Prezident Volodimir Zelenskidir.
Ali Radanın müxalifyönlü deputatı Aleksandr Dubinskinin qeyd etdiyi kimi, bu dəfə müddətin uzadılması mayın 9-dək davam edəcək.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildə tətbiq edilib və o vaxtdan bəri bir neçə dəfə uzadılıb. Əvvəlki uzadılma müddəti fevralın 7-də başa çatacaq. Hərbi vəziyyətin mütəmadi olaraq uzadılması, Kiyevin iddia etdiyi kimi, ölkədə növbəti parlament və prezident seçkilərinin keçirilməsini qeyri-mümkün edib.
"Ukrayna" teqi üzrə xəbərlər
- Zelenskidən seçkilərin keçirilməsini istəyən ukraynalılara TƏKLİF: "Başqa vətəndaşlıq seçsinlər"
- Zelenskiyə Ukrayna dilində danışmağa İCAZƏ VERİLMƏDİ
- Zelenski ABŞ-siz çətin olacağını ETİRAF ETDİ
- KİV: Zelenski Ukraynanın mineral ehtiyatlarının 50 faizini ABŞ-yə verməkdən imtina edib
- Zelenski: "Ukrayna NATO-ya üzv olmasa, ordunun sayını artırmalıdır"
Rəylər