Suriyanın İdlib bölgəsində Suriya ordusuna məxsus tankla silahlı üsyançılara məxsus zirehli transportyorun (ZTR) qarşıdurmasını əks etdirən görüntülər yayımlanıb.
“HaberGlobal” məlumat verir ki, Suriya ordusuna məxsus T-72 tankı zirehli döyüş maşınını hədəfə almağa çalışsa da, sonuncu çevik idarəetmə nəticəsində təhlükədən yayına bilir.