Sosial şəbəkələrdə öz toyunda ağlayan gəlinin videosu müzakirələrə səbəb olub.
Oxu.Az-ın xəbərinə görə, video liveleak.com portalında yerləşdirilib.
Bildirilir ki, gənc qız ailəsi tərəfindən özündən yaşca xeyli böyük kişiyə ərə verilib.
Nikah bağlanandan sonra gəlin göz yaşlarının içində qohumlarının qucağına atılıb.
Videonun hansı ölkədə çəkildiyi məlum deyil.
Gənc qızın fəryadı sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb.
S.B.
www.oxu.az