Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Zorlamada ittiham edilən Depardyeyə qarşı istintaq davam etdiriləcək
Paris Apellyasiya Məhkəməsi fransalı aktyor Jerar Depardyeyə qarşı cinsi təcavüz ittihamı ilə istintaq aparılması üçün əsasların olduğunu təsdiqləyib.
“Ona görə də, istintaq palatası hesab edir ki, hazırkı mərhələdə Depardyeyə qarşı istintaqın davam etdirilməsinə haqq qazandıran ciddi və ya uyğun sübutlar var”, - Fransanın baş prokuroru Remi Eitz bəyanatında bildirib.
Qeyd edək ki, aktyorla bağlı iş hələ 2018-ci ildə aktrisa Şarlotta Arnulun şikayətindən sonra başlayıb. O, 2018-ci ilin avqustunda “qeyri-rəsmi oyun məşqi” üçün evinə gələndə aktyorun ona təcavüz etdiyini iddia edib. Həmin hadisələr baş verən zaman xanımın 22 yaşı olub.
Mənbə: TASS
"Fransa" teqi üzrə xəbərlər
- Tramp Makronu alçaltmaqda ittiham edilir
- Fransalı siyasətçidən ÇAĞIRIŞ: Təcili şəkildə növbədənkənar seçki keçiriləcək?
- Trampdan Makronun narahatedici jestinə reaksiya
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Fransada Rusiya Baş Konsulluğunun yanında PARTLAYIŞ TÖRƏDİLDİ