27 
Fev
2018
16:24
35
264
5522
Virtual karabakh

Səlim Müslümov: Artımlar üçün 200 milyon manat əlavə vəsait ayrılacaq

27 Fev, 2018
16:24
5522

Səlim Müslümov: Artımlar üçün 200 milyon manat əlavə vəsait ayrılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən hazırkı fevral ayında pensiya və müavinətlərin, Prezident təqaüdlərinin artırılması məqsədilə imzalanan 13 fərman və sərəncam 1 milyon 856 min nəfəri əhatə edir. 

Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, həmin fərman və sərəncamlara əsasən, pensiya və müavinətlərə, Prezidentin təqaüdlərinə müvafiq artımların həyata keçirilməsi üçün ümumilikdə ilin sonunadək 200 milyon manat əlavə vəsaitin ayrılması təmin ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Prezidentin aylıq təqaüdü ödənilən 60 minədək şəxsi əhatə edir. Onların təqaüdlərinə müvafiq artımın edilməsi üçün cari ilin sonunadək dövlət büdcəsindən 9,7 milyon manat əlavə vəsait ayrılacaq.

Məlum olub ki, yaşa, ailə başçısını itirməyə və əlilliyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlara və sosial müavinətlər haqqında qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinətlərin, uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün verilən birdəfəlik müavinətlərin, beşdən çox uşağı olan qadınlara hər uşağa görə verilən müavinətlərin, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin 2018-ci il martın 1-dən 10 faiz artırılması təmin ediləcək.

560 minə yaxın insanın müavinətlərin artırılmasına ilin sonunadək 24,9 milyon manata yaxın əlavə vəsait ayrılacaq.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri