Rusiya rublunun məzənnəsində müşahidə olunan dalğalanma dünyadakı kapital axını ilə bağlıdır.
Oxu.Az xəbər verir ki, bunu Rusiyanın maliyyə nazirinin müavini Vladimir Kolıçev bildirib.
O qeyd edib ki, hazırda müşahidə edilən volalitlik sistemli deyil, eləcə də, struktur xarakter daşımır. Bu, inkişaf etmiş və etməkdə olan iqtisadiyyatlardakı kapital axını ilə bağlıdır.
V.Kolıçev deyib ki, inkişaf etməkdə olan bazarlarda baş verənlər ölkəsi üçün çox vacibdir.
12:21
Moskva açıq birjasında dolların rubla nisbətdə məzənnəsi 0,25 rubl yüksələrək, 70,16 rubl təşkil edib.
Oxu.Az xəbər verir ki, avronun məzənnəsi isə 0,16 rubl ucuzlaşaraq, 80,64 rubl təşkil edib.
Qeyd edək ki, dolların rubla nisbətdə məzənnəsi 70,16 rubl səviyyəsində sonuncu dəfə 2016-cı ilin martında olub.
