Mar
2019
15:50
91
46
5757
Virtual karabakh

Problemli kreditlərin həlli üzrə yeni elektron resurs hazırlandı

9 Mar, 2019
15:50
5757

Problemli kreditlərin həlli üzrə yeni elektron resurs hazırlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi problemli kreditlərin həlli üzrə kommunikasiyanı gücləndirmək məqsədilə yeni elektron resurs hazırlayıb.

Bununla bağlı Mərkəzdən məlumat verilib.

Elektron resursun ilk bölümündə qanunvericilik bazası yer alıb. Hazırda həmin bölümdə prezident İlham Əliyevin fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə imzaladığı fərman yerləşdirilib.

İkinci bölümdə dövlət büdcəsinin hesabına xarici valyutada mövcud olan əsas kredit borcuna görə ödənişin hesablanması üzrə tərtib olunan kalkulyator yer alıb. 

Yeni elektron resursun digər bölümü fərmanın vizual təqdimatı izahını təqdim edir. Bu bölümdə fiziki şəxslərin problemli kreditlərin həlli üzrə fərmanın əsas məqamlarını vizual olaraq izah edən infoqrafika və videoçarxlar yerləşdirlib.

Sonuncu bölüm tez-tez soruşulan suallara aid edilib. Bu bölümdə fərmanla bağlı ən aktual məsələlər, eləcə də, problemlərə dair suallar cavablandırılıb.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri