Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Vətən müharibəsi əlilləri üçün iş yerlərinin sayı ARTIRILACAQ - FOTO/VİDEO
“Bu gün əlillərin işlə təmin olunması üçün ayrılan kvota yerlərinin sayı 66 minin üzərindədir”.
Oxu.Az-ın məlumatına görə, bunu Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ayrılan kvotaların sayının artırılması gözlənir:
“İşlə təmin olunan əlillərin içərisində Vətən müharibəsi əlilləri də var. Onlar üçün ayrılan iş yerlərinin sayının 80 minə çatdırılması nəzərdə tutulur”.
Daha çox foto burada: Photostock.az
İlhamə Əbülfət
Rəylər