22 
Noy
2022
18:26
104
293
26465
Virtual karabakh

Gələn il yaşa görə orta aylıq verilən pensiyanın məbləği AÇIQLANDI

22 Noy, 2022
18:26
26465

Gələn il yaşa görə orta aylıq verilən pensiyanın məbləği AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn il yaşa görə orta aylıq pensiyanın məbləği 455 manat olacaq.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında növbəti iclasında komitə sədri Musa Quliyev bildirib.

M.Quliyev qeyd edib ki, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə əsasən, növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat təşkil edəcək.

Gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri