Azərbaycan və Özbəkistanın birgə müəssisəsi olan “Azting” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşıb.
Onun sözlərinə görə, şirkət aqroparkın 19,98 hektar ərazisində tut tingçilik təsərrüfatı yaratmağı nəzərdə tutur. İnvestisiya dəyəri 170 min manat olan layihənin icrası ilə 5 nəfər daimi, 50 nəfər mövsümi işlə təmin ediləcək.
#Azərbaycan-#Özbəkistan birgə müəssisəsi Azting MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib. Şirkət tərəfindən aqroparkın 19,98 hektar ərazisində tut tingçilik təsərrüfatının yaradılması nəzərdə tutulur. #İnvestisiya dəyəri 170 min ₼ olan layihənin icrası ilə 5… pic.twitter.com/uxuZBuV4J1
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 7, 2023