Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda INTOSAI-nin altkomitəsinin illik toplantısı işə başlayıb - FOTO
Bakıda Hesablama Palatasının ev sahibliyi ilə INTOSAI-nin Maliyyə Auditi və Mühasibatlıq üzrə altkomitəsinin illik toplantısı öz işinə başlayıb.
“Report” xəbər verir ki, Hesablama Palatasının auditoru Hilal Hüseynov altkomitənin gördüyü işlər barədə ümumi məlumat verərək maraqlı tərəflərin dövlət sektorundan gözləntilərindən, dövlət maliyyəsinin idarəedilməsinin modernizasiyasından, o cümlədən uçot və hesabatlılıq sahəsində aparılan islahatların audit sahəsində əhəmiyyətli dəyişikliklərə təkan verməsindən bəhs edib.
Tədbir Birləşmiş Ərəb Əmirliklərinin, Avstriyanın, ABŞ-nin və digər ölkələrin nümayəndələrinin çıxışları ilə davam edib.
Qeyd edək ki, sentyabr ayının 1-dək davam edəcək tədbirdə INTOSAI səviyyəsində əldə edilmiş son nailiyyətlərdən, ali audit orqanların beynəlxalq standartlarında edilmiş dəyişikliklərdən, həmçinin üzv ali audit orqanların maliyyə auditi sahəsindəki təcrübələrindən, tətbiq edilən audit metodologiyaları ilə əlaqədar qarşıya çıxan çətinliklərdən bəhs ediləcək.
Daha çox foto burada: PhotoStock.az