Rusiyada “Al çiçək” (“Alenkiy tsvetoçek”) sovet cizgi filminin səhnələri olan sikkələr buraxılıb.
Məlumata görə, Rusiya Bankının kolleksiyasında üç sikkə var: Nominal dəyəri 3 rubl olan gümüş sikkə və 25 rubl nominalında nikeldən hazırlanmış iki sikkə.
Rusiyada üzərində məşhur nağıldan səhnələr olan sikkələr buraxılıb - FOTO/VİDEO
Sikkələrin dəyəri göstərilmir, lakin adətən gümüş sikkələrin qiyməti 3990 rubldan (69 manat) başlayır.
Qeyd edək ki, gözəl qız və bədheybət haqqında cizgi filmi 1952-ci ildə rejissor Lev Atamanov tərəfindən Sergey Aksakovun nağılı əsasında lentə alınıb. Personajların obrazları üzərində rəssam Leonid Şvartsman çalışıb.
Mənbə: Ura.ru
Rəylər