Livanda şəxsi rabitə vasitələrinin partladılmasının ikinci dalğası nəticəsində ölənlərin sayı 14-dən 20-yə yüksəlib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Respublika Səhiyyə Nazirliyinin "Telegram" kanalında yerləşdirilmiş hesabatında deyilir.
Bildirilir ki, yaralıların sayı 450-dən 460-a yüksəlib.
Ölən və yaralananların əksəriyyəti 2023-cü ilin oktyabrından Livanın cənubundakı sərhəd bölgələrində İsrailə qarşı döyüşən "Hizbullah"ın tərəfdarlarıdır.
Livanda rabitə qurğularının ikinci gün ardıcıl partlaması nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, ən azı 450 nəfər yaralanıb.
Livanda rabitə cihazlarının yeni partlaması nəticəsində ölənlərin sayı doqquza çatıb, 300-dən çox yaralı var.
Oxu.Az "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, bu barədə sentyabrın 18-də ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, zərərçəkənlərin sayı arta bilər.
Livanda yeni partlayışlar: Ölən və yaralananların sayı artıb
Livanda yeni partlayışların bəzi detalları məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Mash" tg-kanalı yazır.
Qeyd olunur ki, Beyrutda avtomobillər və mopedlər partlayır.
Yerli sakinlərin sözlərinə görə, avadanlıqlar əvvəlcə titrəyir, sonra partlayır.
Həmçinin bildirilir ki, elektron avadanlıqların yeni partiyaları birbaşa mağazalarda partlayır.
Ölənlərin sayı üç, yaralananların sayı isə 150 nəfərə çatıb. Bu rəqəm əhəmiyyətli dərəcədə arta bilər.
Livanda rabitə cihazlarının yeni partlayışları barədə məlumat yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Livan mediası bildirir.
Jurnalistlərin məlumatına görə, Beyrut da daxil olmaqla Livanda partlayışlar baş verir. Ancaq bu dəfə mobil telefonlar və avtomobil radioları kimi digər cihazlar partlayır.
Partlayış səsləri yaşayış binalarında da eşidilir.
İlkin məlumata görə, insidentlər nəticəsində azı yüz nəfər xəsarət alıb.
Rəylər