Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Netanyahu ABŞ-li senatora "Peycer əməliyyatı"nı simvolizə edən hədiyyə bağışlayıb
ABŞ senatoru Con Fettermanı Qüdsdə qəbul edən İsrailin Baş naziri Benyamin Netanyahu qonağa Livanda keçirilən uğurlu "Peycer əməliyyatı"nı simvolizə edən gümüş peycer hədiyyə edib.
Oxu.Az xəbər verir ki, məlumatı İsrail hökumətinin mətbuat xidməti yayıb.
Senator isə öz növbəsində, İsrailin baş nazirinə 1986-cı ildə ABŞ-də dərc edilən qəzetin orijinal məqaləsini təqdim edib. Həmin məqalədə Benyamin Netanyahunun Filadelfiyada mərhum qardaşı Conatanın xatirəsinə ucaldılmış abidənin açılışında çəkilmiş fotoşəkili dərc olunub. Qeyd olunur ki, B.Netanyahunun qardaşı İsrail ordusunun sıralarında 1976-cı ildə fələstinli yaraqlılara yaxın olan qruplaşmaya qarşı keçirilən əməliyyatda həyatını itirib.
Məlumat üçün əlavə edək ki, 2024-cü il sentyabrın 17-də Beyrut və Livanın bölgələrində peycerlərin kütləvi partlaması baş verib. Kiberhücum İsrail kəşfiyyatı tərəfindən hazırlanıb. Partlayışlar nəticəsində 11 nəfər ölüb, dörd minə yaxın insan yaralanıb.
"Benyamin Netanyahu" teqi üzrə xəbərlər
- İsrailin mayda İrana zərbə endirmək planına ABŞ-dən gözlənilməz CAVAB
- Tramp Ukrayna münaqişəsinin həlli istiqamətində məqsədə yaxınlaşdığını bəyan edib
- Tramp: "İranla çox böyük görüşümüz olacaq"
- Tramp: "Ərdoğan Suriyada heç kimsənin etmədiyini etdi"
- Netanyahunun ABŞ-yə səfəri – Region üçün hazırlanan may sürprizləri