Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib
Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə təkrar müraciət edib.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Müraciətdə bildirilib ki, xalqımız milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan Novruz bayramını böyük təntənə ilə qeyd edir.
"Lakin bu bayramla əlaqədar keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi sonda arzuolunmaz nəticələrə gətirib çıxarır.
Belə ki, təəssüflə qeyd olunmalıdır ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən bu istiqamətdə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən çoxsaylı müraciətlərə baxmayaraq, təkcə İlaxır çərşənbə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması nəticəsində 19 yanğın hadisəsi qeydə alınıb.
Göstərilənləri, xüsusilə ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, Novruz bayramı ilə bağlı mərasimlərdə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır:
- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda və müvafiq təhlükəsizlik tədbirləri görülməklə yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!"

"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü
- FHN: "Bəzi ərazilərdə suyun çəkilərək kənarlaşdırılması davam edir"
- Bulvarda dənizdən meyit tapılıb
- Fövqəladə Hallar Nazirliyi su basmış ərazilərlə bağlı məlumat yaydı
- Sabirabad Rayon İcra Hakimiyyətindən özünü yandıran müharibə iştirakçısı ilə bağlı AÇIQLAMA