Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.
FHN qüvvələri tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 840kv.m. olan ikimərtəbəli yataqxana binasında baş verən yanğın genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 420 kv.m. sahədə, bir otağın yanar konstruksiyaları 65 kv.m., digəri isə 10 kv.m. sahədə və binanın dəhlizi 6 kv.m. sahədə yanıb.
Xəsarət alan olmayıb.
Yataqxana binasının birinci mərtəbəsi, həmçinin ikinci mərtəbədə yerləşən digər otaqlar yanğından mühafizə olunub.