Bakının Binəqədi rayonunda baş verən güclü yanğın söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin dam hissəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Bakının Binəqədi rayonunda güclü yanğın başlayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
"Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək".
Hadisə yerindən olan görüntüləri təqdim edirik:
Rəylər