Bakıda bir neçə nəfərin mağazalara daxil olaraq oğurluq etdiyi iddia olunur.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.
Məlumata görə, hadisə metronun "Əcəmi" stansiyası yaxınlığında yerləşən mağazalardan birində baş verib.
İddia olunur ki, mağazaya müştəri qismində daxil olan qadınlar satışda olan malları çantalarına qoyaraq ərazidən uzaqlaşmağa çalışıblar.
Satıcı onların hərəkətini gördükdə isə qadınlar - "çantaya uşaq qoyub, bilməmişik", - deyə cavab veriblər.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hazırda polis hadisə ilə bağlı araşdırma aparır.