Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Vətən müharibəsi ilə bağlı film çəkilir
Bakı Media Mərkəzi Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Borc" adlı tammetrajlı bədii filmin istehsalına başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Media Mərkəzi məlumat yayıb.
Bildirilib ki, filmin əsas mövzusu İkinci Qarabağ müharibəsində iştirak edən gənclərimizin döyüş əməliyyatlarında nümayiş etdirdiyi igidlik, qorxmazlıq, mərdlik, hərbi bacarıqlar, vətənpərvərlik ruhudur.
Filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva çəkiliş meydançasında olub. Arzu xanım çəkilişlərin gedişi ilə maraqlanıb, filmin yaradıcı heyəti ilə görüşüb.
"Arzu Əliyeva" teqi üzrə xəbərlər
- Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçıları ilə görüşüblər
- Arzu Əliyeva və Leyla Əliyeva Qəbələdə sakinlərlə görüşdülər
- Arzu Əliyeva "TAĞIYEV: ÇAR" filminin təqdimat mərasimindən paylaşımlar etdi
- Arzu Əliyeva 2 saylı Uşaq evini ziyarət edib
- Arzu Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib