28 
Noy
2023
16:52
29
9
1307
Virtual karabakh

“Muğan Bank”ın əmanətçilərinə nə qədər kompensasiya ödənilib?

28 Noy, 2023
16:52
1307

“Muğan Bank”ın əmanətçilərinə nə qədər kompensasiya ödənilib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Muğan Bank” ASC-nin qorunan əmanətçilərindən 1 849 nəfərə ötən gün ərzində 65 milyon manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) bildirib.

Məlumata görə, bu, bank üzrə ödənilməsi nəzərdə tutulan kompensasiya məbləğinin təqribən 32%-ni təşkil edir. Kompensasiyaların verilməsi hazırda da uğurla davam etməkdədir.

Qeyd edək ki, Fond ləğv prosesində olan “Muğan Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə noyabrın 27-dən etibarən başlayıb. Kompensasiya ödənişləri agent banklar olaraq seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin bütün ölkə üzrə filial şəbəkələri vasitəsilə həyata keçirilir.

Qurum əmanətçilərə bir daha xatırladır ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcək və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.5-ci maddəsinə əsasən kompensasiya ödənişi əmanətçilərin ərizələrinin qəbul edildiyi gündən ən geci 30 təqvim günü ərzində həyata keçirilir.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Fondun saytından əldə etmək mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri